Qarabağ ın futbolçusu Ukrayna millisində debüt etdi

15.11.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinin heyətində debüt edib.

Sportal.az xəbər verir ki, o, Millətlər Liqasının B2 qrupunda beşinci tur matçında meydana çıxıb.

Ukrayna millisi səfərdə Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olub.

Oyuna start heyətində başlayan Kaşuk 90+1-ci dəqiqədə əvəzlənib və bununla da milli komandada rəsmi debütünü gerçəkləşdirib. Ukrayna hazırda 4 xalla qrupda üçüncü pillədə qərarlaşıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью