Qarabağ ın futbolçusuna Belçika və Polşadan təklif var

26.06.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrıla bilər.

Sportal.az saytına verilən məlumata görə, Toral Bayramovun Azərbaycan çempionunu tərk etmək ehtimalı  var.

24 yaşlı sol cinah müdafiəçisinə Belçika və Polşa klublarının ciddi marağı var. Azərbaycan milli komandasının üzvü təklifləri götür-qoy edir.

Qeyd edək ki, Toral Bayramov ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 51 rəsmi matçda 9  qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью