Qarabağ ın futbolçusundan Atletik məğlubiyyətinə maraqlı reaksiya

25.10.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

"Qarabağ"ın futbolçusu Leandro Andrade Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi "Atletik"ə uduzduqları matçla bağlı fikirlərini bölüşüb.

Metbuat.az-ın məlumatına görə, yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

L.Andrade məğlubiyyətdən dərs çıxaracaqlarını bildirib:

"Əgər bunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır".

Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 1:3 hesabı ilə uduzub. Azərbaycan çempionunun yeganə qoluna 1-ci dəqiqədə Leandro Andrade imza atıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью