Qarabağ ın hücumçu transferində son durum: İSPANİYALININ KEÇİDİ ALINACAQ?

27.05.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

“Qarabağ” yay transfer çalışmalarına start verib.

Klub “Legiya”nın forvardı Mark Qualı heyətinə qatmaq niyyətində olub.

Apasport.az saytına verilən məlumata görə, ispaniyalı hücumçu Ağdam təmsilçisinin əsas transfer hədəfi olmayıb.

Amma Azərbaycan çempionu Qualın transferi ilə bağlı danışıqlar aparıb. Nəticədə "köhlən atlar" keçiddən imtina edib.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2023-cü il iyulun 1-dən “Legiya”da çıxış edir və 2026-cı il iyunun 30-na qədər Polşa klubuna məxsusdur. O, bu mövsüm 30 görüşdə 9 qol vurub, 4 assist edib. Mark “Sevilya”, “Saraqosa”, “Jirona”, “Alkorkon”, “Dnipro-1”, “Yagelloniya” komandalarının şərəfini qoruyub..

“Araz-Naxçıvan” Elmar Baxşıyevlə müqavilə müddətini uzadıb II Liqada pley-off matçının nominal meydan sahibi müəyyənləşib FIFA referisi I Liqaya vəsiqə uğrunda pley-off görüşünə təyinat alıb Azərbaycan millisi dünya çempionuna qarşı - YENİLƏNİR Minifutbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью