Qarabağ ın hücumçusu Olimpiakos a keçə bilər

07.10.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu karyerasını ölkə xaricində davam etdirə bilər.

BAKU.WS İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Ağdam təmsilçisinin əvəzedici komandasında çıxış edən Əli İbrahimdən gedir. U-20 millimizin hücumçusu Yunanıstana yola düşəcək.

Ə.İbrahim "Olimpiakos"un düşərgəsində baxışa yollanır. Əgər futbolçunun performansı bəyənilsə, oyunçu Afina klubunun əvəzedici həyətində çıxış edəcək.

Xatırladaq ki, Əli İbrahim "Qarabağ"ın 19 yaşlılardan ibarət komandasında da çıxış edir. O, "köhlən atlar"ın heyətində UEFA Gənclər Liqasında da forma geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью