Qarabağ ın hücumçusu Seltik in düşərgəsində Rəsmən təsdiqləndi

08.07.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın hücumçusu "Seltik"in düşərgəsində - Rəsmən təsdiqləndi

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Martin O’Nil “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini təsdiqləyib.

QOL.az bu barədə BBC-yə istinadən xəbər verir. Təcrübəli mütəxəssis bu haqda İrlandiyanın “Şelburn” klubuna qarşı keçiriləcək oyundan əvvəl klub televiziyasına bildirib.

“Gənc futbolçu Duran hazırda tibbi müayinədən keçir. Əgər bunu bu axşam (dünən axşam - red.) başa çatdırmasa, sabah səhər tamamlayacaq”, - deyə O’Nil bildirib.

Beləliklə, Kamilo Duranın artıq "Seltik"in düşərgəsində olduğu rəsmən təsdiqini tapıb.

Qeyd edək ki, 24 yaşlı kolumbiyalı hücumçu ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.

Şotlandiya mətbuatının yazdığına görə, "Seltik" bu transfer üçün "Qarabağ"a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) təzminat ödəyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью