Qarabağ ın iki rəqibi fransalı uğrunda mübarizə aparır SON DURUM

02.02.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransanın "Renn" klubunun müdafiəçisi Ceremi Jake İngiltərə nəhənglərinin maraq dairəsinə düşüb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "Liverpul" və "Çelsi" klubları həm "Renn"in, həm də oyunçunun nümayəndələri ilə fəal danışıq aparır. Fransa klubu isə Jakeni ən azı 2026-cı ilin iyul ayına qədər saxlamaqda qərarlıdır və bu mövqe danışıqların gedişatına təsir göstərib. Liqa 1 klubu mərkəz müdafiəçisini ortamüddətli layihəsində əsas oyunçu hesab edir və qısa müddətdə müdafiə xəttini zəiflətmək istəmir.

Qeyd edək ki, "Liverpul" və "Çelsi" bu mövsüm Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibləri olub. Ağdam təmsilçisi Bakıda londonlularla 2:2 bərabərə qalıb, liverpullulara isə səfərdə 0:6 uduzub.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью