Qarabağ ın iki, Sabah bir futbolçusu radara düşə bilər

22.02.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XXIV turunda bu gün keçiriləcək "Qarabağ" - "Sabah" oyununda üç futbolçu cəzalı duruma düşə bilər. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisində 2, paytaxt klubunda 1 oyunçu sarı vərəqə limitindədir.
"Köhlən atlar"da Nəriman Axundzadə ilə Marko Yankoviç, "bayquşlar"da isə Amin Seydiyev sarı vərəqə alacağı təqdirdə, çempionatdakı növbəti matçı buraxacaq.
"Qarabağ"da Kevin Medina, "Sabah"da İqor Noqeyra cəzalı olduqları üçün meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, qarşılaşma saat 19:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью