Qarabağ ın ilk yoxlama oyunundakı rəqibi bəlli oldu

12.06.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.

Klubdan Axar.az-a verilən məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq.

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azersun Arena"da baş tutacaq.

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək "köhlən atlar" hazırlığını Avstriyada davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью