Qarabağ ın kolumbiyalı üçün ödədiyi məbləğ bəlli oldu

28.08.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Qarabağ" kolumbiyalı vinger Kamilo Duranın transferi üçün ödədiyi məbləğ açıqlanıb.

Sportal.az "Transfermarkt"a istinadən xəbər verir ki, ağdamlılar 23 yaşlı forvardın keçidi üçün Portuqaliyanın "Portimonense" klubuna 200 min avro (təxminən 395 min manat) ödəyib.

Xatırladaq ki, Duranla 2027/2028 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

23 yaşlı futbolçu "Lusitania", "Eştrela Amadora"(Portuqaliya) klublarında oynayıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью