Qarabağ ın legioneri: Buraxdığımız səhvlər məğlubiyyətimizə səbəb oldu

24.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Rumıniyanın FKSB klubuna Bakıdakı məğlubiyyəti (2:3) şərh edib.

Sportal.az xəbər verir ki, Andrade Azərbaycan çempionunun evdəki uğursuz çıxışı haqda bunları deyib:

"Biz həqiqətən qələbə qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirdik. Qələbə qazanmaq üçün hər şeyi etdik. Çoxlu qol vəziyyətləri yaratdıq. Amma səhvlər də oldu. Buraxdığımız səhvlər də məğlubiyyətimizə səbəb oldu. Səhvləri özümüzdə axtarmalıyıq. Bu da bizə gələcəkdə kömək edəcək. Təəssüf ki, bu mövsüm ötən ilki qədər uğurlu çıxış edə bilmədik".
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью