Qarabağ ın legioneri: Ən azından bir qələbə qazanmalıyıq

11.12.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Çempionlar Liqasının 6-cı turunda Niderlandın "Ayaks" klubuna (2:4) qarşı keçirdiyi matç haqda danışıb.

Sportal.az xəbər verir ki, polyak qolkiper məğlubiyyəti bu cür şərh edib:

“Biz matça pis başlamadıq. Hər şey də yaxşı gedirdi, amma oyunu pis başa vurduq. Ən vacib anda zəif oyun göstərdiyimiz üçün uduzduq. Bu barədə çox danışmaq istəmirəm, çünki çox məyus oldum. Buna baxmayaraq, hələ də irəliləmək şansımız var. Necə olacağını və kifayət qədər xal qazanıb-qazanmayacağımızı bilmirəm, amma ən azı bir qələbə qazanmalıyıq. Bu baxımdan "Ayntraxt"la ev oyunu çox vacibdir. Ümid edirəm ki, növbəti mərhələ uğrunda mübarizə apara biləcəyik”.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью