Icma.az bildirir, Sportal.az portalına istinadən.
"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva Çempionlar Liqasının əsas mərhələsindəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az “Bahia Noticias”a istinadən xəbər verir ki, braziliyalı futbolçu komandasının tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlmək şansına malik olması haqda bunları deyib:
"Hazırkı yaşadığımız anlara görə çox məmnunam. Çempionlar Liqası hər bir futbolçunun oynamaq arzusunda olduğu mərhələdir. Bu səviyyəli matçlarda "Qarabağ"a bu cür kömək etmək imkanı xüsusi bir şeydir. Burada komanda işi çoxdur, bilirik ki, hələ də tarix yaza bilərik. İndi soyuqqanlı olmaq və hədəfimizə fokuslanmalıyıq. Bunu etmək vacibdir".
saytlarin hazirlanmasi