Qarabağ ın mərhələ adlamaq şansları açıqlandı 99,5 faiz | Icma.az
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq. "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının ilk 24-lüyündə yer alma ehtimalı 99,5 faiz ol
BAKU.WS-in məlumtına görə, bu göstərici "football.meets.data" tərəfindən proqnozlaşdırılıb.
Ağdam təmsilçisi bu göstərici ilə Avropanın bir sıra nəhəng klubları – "Benfika", "Ayaks", "Napoli", PSV və digərləri ilə müqayisədə irəlidə qərarlaşıb.
Qurban Qurbanovun komandası ehtimal cədvəlində "Qalatasaray"dan (99,9%) cüzi fərqlə geri qalsa da, "Olimpik Marsel", "Bayer Leverkuzen", "Monako" kimi tanınmış klubları arxada qoyub.
Bu isə Azərbaycan futbolu üçün tarixi göstərici hesab olunur.
Qeyd edək ki, siyahının yuxarı pillələrində "Arsenal", "Bayern", "Liverpul", "Barselona" və "Real Madrid" kimi Avropa nəhəngləri yer alsa da, "Qarabağ"ın bu klublarla eyni cədvəldə, yüksək ehtimalla mübarizəni davam etdirməsi Ağdam təmsilçisinin Avropadakı nüfuzunun artdığını bir daha təsdiqləyir.
Hesablamalara əsaslanan bu cədvəl göstərir ki, "Qarabağ" artıq Çempionlar Liqasında təsadüfi iştirakçı deyil, stabil nəticə verən və mərhələ adlamağa real namizəd olan komanda statusunu qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu