Qarabağ ın müdafiəçisi Çempionlar Liqasında ən yaxşılar arasında

22.01.2026

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun oyunlarından sonra statistik məlumatlar yenilənib.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Kevin Medina da ən yaxşılar arasında yer alıb.

Kolumbiyalı futbolçu 7 tur ərzində ən çox top qazanan oyunçular arasındadır. 52 dəfə top qazanan Medina bu göstəricidə 5-ci yerdədir.

Cədvələ "Atletik"in müdafiəçisi Aytor Parades (68) başçılıq edir. "Atalanta"dan Odilon Kossunu (56) 2-ci, "Kayrat"dan Yeqor Sorokin (54) 3-cü, "Slaviya"dan David Zima (53) isə 4-cüdür.

Qeyd edək ki, Kevin Medina bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью