Qarabağ ın Neapola səfər planları açıqlandı

21.11.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Napoli”nin qonağı olacaq “Qarabağ”ın İtaliyaya səfər planı bəlli olub.

"Köhlənlər"in sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, komanda noyabrın 23-ü 18:00-da İtaliyaya yollanacaq. 

Azərbaycan çempionunun oyundan sonra Neapolda qalması nəzərdə tutulmayıb. Ağdam təmsilçisi matçdan dərhal sonra Bakıya qayıtmağı planlaşdırır.

Matçdan bir gün əvvəl Bakı vaxtı ilə saat 22:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcəksə, təmsilçimiz 22:30-da qarşılaşmanın reallaşacağı "Dieqo Armando Maradona" stadionunda açıq məşqə çıxacaq. 

Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə baş tutacaq "Napoli" - "Qarabağ" görüşünün start fiti Bakı vaxtı ilə saat 00:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью