Qarabağ ın oyununa bilet satışı başladı

25.01.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 20-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyununun biletləri bu gündən etibarən satışdadır.

Fanat.Az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gündən etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Sabah keçiriləcək oyunda qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью