Qarabağ ın oyununda son 10 ilin ən yüksək göstəricisi Çempionlar Liqası

29.01.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın oyununda son 10 ilin ən yüksək göstəricisi - Çempionlar Liqası

İngiltərənin “Liverpul” komandası Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda “Qarabağ”la oyunda rəqib qapısına 38 zərbə endirib.

QOL.az xəbər verir ki, bu göstərici Çempionlar Liqasında son 10 mövsüm ərzində bir komanda üçün qeydə alınan ən yüksək rəqəmdir. Bu barədə "Stata Football" teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” matçı yanvarın 28-də İngiltərənin Liverpul şəhərində, “Enfild” stadionunda keçirilib. Oyun mersisaydlıların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью