Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Ağdam komandasının oyunçularının Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Liverpul"a 6:0 hesabı ilə məğlub olduqdan sonra keçirdikləri hisslərdən danışıb.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, məğlubiyyətə baxmayaraq, "Qarabağ" tarixində ilk dəfə Çempionlar Liqasının pley-offuna yüksəlib.
"Liverpul"la oyundan sonra pley-offa çıxdığımız üçün çox da sevinə bilmədik, çünki belə böyük hesabla uduzmaq istəmirdik. Dünya futbolunun qrandı ilə döyüşmək niyyətində idik. Məyus olmuşduq, amma hər şey olduğu kimi alındı.
"Ayntraxt"la oyundan sonra sevincimiz daha çox idi, çünki artıq 99% pley-offda olduğumuzu anlayırdıq. Tam arxayınlaşa bilmirdik, amma Liverpuldakı vəziyyətdən daha çox sevinirdik", - deyə Məhəmmədəliyev bildirib.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının ümumi mərhələsini 22-ci sırada başa vurub.