Qarabağ ın qapıçısı “Top 11”də

26.11.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox seyv edən qolkiperlər sırasına düşüb.

Sportal.az xəbər verir ki, 24 yaşlı polşalı buna V turun “Napoli”yə qarşı səfər matçından (0:2) sonra nail olub.

Mateuş görüşün 56-cı dəqiqəsində Rasmus Heylunun penaltisini qaytarıb. Qapıçı İtaliyadakı qarşılaşmada ümumilikdə 8 zərbəni zərərsizləşdirib.

Koxalski cari mövsümdə Liqa mərhələsində dəf etdiyi zərbələrin sayını 17-yə çatdırıb. Polşalı bu göstəricidə turnirin 11-ci qapıçısıdır.

1. Nikita Haykin (“Bodo Qlimt”) - 31

2. Xeronimo Rulyi (“Marsel”) - 29

3. Tibo Kurtua (“Real”) - 22

4. Nik Poup (“Nyukasl”) - 21

5. Neofitos Mixail (“Pafos”) - 20

6-10. Marko Karnesekki (“Atalanta”) - 18

Mark Flekken (“Bayer”) - 18

Nordin Yakers (“Brügge”) - 18

Vanya Milinkoviç-Saviç (“Napoli”) - 18

Anatoli Trubin (“Benfika”) - 18

11. Mateuş Koxalski (“Qarabağ”) - 17

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью