Qarabağ ın qapıçısını baxışa çağırıb bəyəndilər Qolkiper açıqladı, klub təsdiqlədi

22.02.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

"Qarabağ"ın qapıçısı Sadiq Məmmədzadə karyerasını Serbiyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında "Belqrad" klubunda baxışda olduğunu açıqlayıb.

"Qarabağ"ın icazəsi ilə baxışa yollanan Sadiqi bəyənən serblər ona yayadək U-19-da çıxış etməyi, ardından əsas komandada rəqabət aparmağı təklif ediblər. 

Məsələ ilə bağlı "Qarabağ"ın sözçüsü Anar Hacıyevin açıqlaması belə oldu:

"Sadiq klubun icazəsi ilə baxışda olub. Sözügedən klub onu bəyənib. Transferdən danışsaq, bu, yayda baş verə bilər. Hazırda transfer pəncərəsi bağlıdır".

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью