Qarabağ ın qara təqvimi 19 günə 6 oyun, 5 i səfərdə...

04.02.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Qarabağ" bəlkə də heç vaxt yaşamadığı çətinliklərlə üzləşib. Ağır təqvimlər əvvəlki illərdə də olub, amma bu dəfə situasiya daha fərqlidir. 

Çempionlar Liqasında "Nyukasl"la oyunlar var. Premyer Liqada çempionluq mübarizəsində "Sabah"ın gerisinə düşüb. Əksər futbolçuların xarici klublardan təklifləri olduğu üçün oyunlarında geriləmə var. Şərti olaraq, ikinci heyət adlandırdığımız futbolçular da eniş yaşayırlar. 

Bütün bunların üstünə də "Qarabağ"ın son 19 gündə keçirəcəyi oyunlardan 5-i səfərə düşür - Şamaxının süni meydançasından tutmuş, Qubanın palçıqlı otuna qədər... 

"Şamaxı" - "Qarabağ"   05.02.2026 
"Şamaxı" - "Qarabağ"   10.02.2026
"İmişli" - "Qarabağ"      14.02.2026
"Qarabağ" - "Nyukasl"  18.02.2026
"Neftçi" - "Qarabağ"      21.02.2026
"Nyukasl" - "Qarabağ    24.02.2026

Göründüyü kimi, "Qarabağ" sabah Şamaxıda oyuna çıxacaq. Bu, kubok matçıdır. Fevralın 10-da həmin stadionda artıq Misli Premyer Liqası çərçivəsində "Şamaxı" ilə oyuna çıxacaq. Süni meydançada iki oyundan sonra isə "Qarabağ" Qubaya, "İmişli" ilə oynamalı olacaq. Qubanın otu Şamaxının sünisindən betər... 

"Nyukasl"la ağır ev oyunundan 3 gün sonra "Neftçi" səfərinə yollanmalıdılar. Ümid ona idi ki, "Neftçi" güzəşt eləyib təxirə salarlar matçı. Amma rədd cavabı alınca, "Neftçi"dən 3 gün sonra, səfərdə "Nyukasl"ın qabağına çıxmaq qaçılmaz olacaq "Qarabağ" üçün. 6 saatlıq uçuşu nəzərə alsaq, oyunçuların heç istirahətə vaxtı da qalmayacaq. 

Sporal.az

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью