Fanat saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının 8-ci turunda "Qarabağ"la qarşılaşacaq "Liverpul" çoxdandır izlədiyi futbolçu ilə razılıq əldə edib.
Fanat.Az xəbər verir ki, "qırmızılar" "Kristal Pelas"ın istedadlı oyunçusu Adam Uortonu heyətinə qatmağa çox yaxındır.
Tanınmış insayder Niko Şiranın verdiyi məlumata görə, 21 yaşlı futbolçu artıq "Liverpul"a keçməyə "yaşıl işıq" yandırıb.
Uortonun "Enfild"də 5 illik müqavilə imzalamağa hazır olduğu bildirilir. Oyun quruculuğu və texniki keyfiyyətləri ilə seçilən gənc yarımmüdafiəçi üçün klublar arasında son detalların müzakirə edildiyi qeyd olunur.
Kamil Xudiyev