Qarabağ ın rəqibi Bakıya azarkeşsiz gələcək

21.07.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Bolqarıstanın MOİK (Sofiya) komandası Bakıda keçiriləcək ilk oyunda azarkeşsiz qalacaq.

BAKU.WS xəbər verir ki, bu barədə UEFA-nın məlumatında deyilir.

Qeyd olunub ki, buna Avropa Liqasının I təsnifat mərhələsinin "Derri Siti" ilə cavab görüşündə bolqarıstanlı fanatların intizamsız davranışı səbəb olub.

Nəticədə UEFA Sofiya təmsilçisinin azarkeşlərinin növbəti səfər oyununda iştirakına qadağa qoyub.

Qeyd edək ki, "Qarabağ"la MOİK arasında ilk oyun iyulun 23-də Bakıda, cavab qarşılaşması isə iyulun 30-da Sofiyada keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью