Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Qarabağ"ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi - Sofiya ÇSKA-sı Bolqarıstan çempionatının yeni mövsümündə ilk matçına çıxıb
Fanat.Az xəbər verir ki, "hərbçilər" qonaq qismində paytaxtın digər təmsilçisi "Slaviya" ilə qarşılaşıblar.
Aleksandr Şalamanov adına stadionda baş tutan matç qolsuz bərabərliklə başa çatıb.
"Qarabağ" və ÇSKA arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab görüşü isə 1 həftə sonra Sofiyada reallaşacaq.
Ağdam təmsilçisi AL-in 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını hər iki dueldə 3 cavabsız qolla yenərək mübarizədən kənarlaşdırıb.
Toğrul