Qarabağ ın rəqibi Çelsi də ciddi İTKİ

26.09.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Çelsi" klubu önəmli oyunçularından birinin xidmətlərindən üç həftə yararlana bilməyəcək.

Milli.Az-ın xəbərinə görə, bu barədə "Çelsi" klubunun baş məşqçisi Enzo Mareska mətbuat konfransında məlumat verib.

O bildirib ki, İngiltərə Premyer Liqasının V turunda keçirilən "Mançester Yunayted" - "Çelsi" (2:1) oyununun 21-ci dəqiqəsində zədələnən Kol Palmer üç həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacaq.

Onun qasıq nahiyəsindən zədələndiyi qeyd olunub.

Xatırladaq ki, noyabrın 5-də UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ" öz meydanında "Çelsi"ni qəbul edəcək. /Oxu.Az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью