Qarabağ ın rəqibi derbi oyununa çıxdı

16.01.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Olimpiakos” Yunanıstan kubokunda 1/4 finalın ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, Pirey təmsilçisi səfərdə “Panatinaikos”la üz-üzə gəlib. Əzəli rəqiblərin qarşılaşması bərabərliklə başa çatıb – 1:1.

“Panatinaikos”da Filip Dyuriçiç (51), “Olimpiakos”da isə Roman Yaremçuk (75) fərqlənib.

Komandalar arasındakı cavab görüşü fevralın 5-də keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” Avroliqanın son turunda - yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью