Icma.az, Sportal.az saytına istinadən bildirir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl"da ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi kapitan Camal Lassellslə yolları ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli mərkəz müdafiəçisi "Lester Siti"yə transfer olunub.
"Nyukasl" Camal Lassellsi 2014-cü ilin yayında "Nottingem Forest"dən transfer etmişdi. 32 yaşlı futbolçu "sağsağanlar"ın heyətində meydana çıxdığı 253 rəsmi matçda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qarabağ"ın ilk oyunu fevralın 18-də Bakıda keçiriləcək. Cavab görüşü isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.
saytlarin hazirlanmasi