Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ"ın rəqibi kim olacaq? - Püşkatma başladı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bu gün "Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi məlum olacaq.
QOL.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilir. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayıb. "Qarabağ" daha yüksək reytinqə malik komandaların düşdüyü səpələnmişlər səbətində yer alıb.
Həmçinin oxuyun: UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
"Qarabağ"ın səpələnməmişlər səbətindəki 6 mümkün rəqibi:
“Jilina” (Slovakiya)
“Voyvodina” (Serbiya)
“Universitatya Kluj” (Rumıniya)
“Alüminiy” (Sloveniya)
“Derri Siti” (İrlandiya)
“Vestri” (İslandiya)
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.