Qarabağ ın rəqibi müdafiəçisi ilə bağlı qərarını dəyişdi SON DURUM

26.01.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki son rəqibi "Liverpul" sol cinah müdafiəçisi Endryu Robertson, London "Tottenhem"inin marağına baxmayaraq komandada qalacaq. 

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Ben Ceykobs yayıb.

Məlumata görə, mersisaydlılar "Tottenhem"dən aldıqları 5,7 milyon avroluq təklifi nəzərdən keçirib, lakin müqaviləni tamamlamaqdan imtina edib. Baxmayaraq ki, Robertson özü də "Tottenhem"ə keçmək istəyirdi. Amma o, bu istəyində israr etməyib.

"Transfermarkt" Robertsonun dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

31 yaşlı şotlandlı bu mövsüm Premyer Liqada 14 oyunda iştirak edib. 

Qeyd edək ki, İngiltərə nəhəngi "Qarabağ"la yanvarın 28-də üz-üzə gələcək. Qarşılaşma ÇL-in əsas mərhələsinin 8-ci turu çərçivəsində "Enfild"də keçiriləcək.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью