Qarabağ ın rəqibi son saniyələrdə məğlub oldu

25.01.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Axar.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda “Qarabağ”ın rəqibi olacaq “Liverpul” səfərdə “Bornmut”la görüşüb. Hesabda 2-0 geridə olan “Liverpul” hesabı bərabərləşdirsə də, matçın son saniyələrində qapısında daha bir top görüb və 3-2 qarşılaşmadan məğlub ayrılıb.

İngiltərə Premyer Liqasında ardıcıl 5-ci matçda qələbəyə həsrət qalan (4 heç-heçə, 1 məğlubiyyət) “Liverpul” hazırda 36 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “qırmızılar” növbəti oyununu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə 00:00-da "Enfild Roud”da “Qarabağ”a qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью