Qarabağ ın rəqibində ara qarışdı Komandanın liderləri rəhbərlikdən Slotu istefaya göndərməyi tələb etdi

08.12.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Liverpul"un ulduz futbolçuları baş məşqçi Arne Slotun işindən narazıdırlar. 

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Ceyms Uotland sosial media hesabı üzərindən yayıb. 

Mənbənin məlumatına görə, “Liverpul”un müdafiəçisi Vircil van Deyk və ulduz forvard Məhəmməd Salah rəhbərlikdən niderlandlı baş məşqçinin istefaya göndərilməsini tələb edib. Bir neçə başqa oyunçu da bu təşəbbüsü dəstəkləyib.

Slot keçən yay "Liverpul"a keçib. O, ilk mövsümündə "qırmızılar"la Premyer Liqada çempion olub.

Cari mövsümdə keçirdiyi 15 oyundan sonra komanda turnir cədvəlində 9-cu yerdədir. 

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu "Qarabağ" Çempionlar Liqasında son matçını İngiltərədə "Liverpul"a qarşı keçirəcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью