Icma.az bildirir, Fanat portalına istinadən.
"Qarabağ"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Kiyev "Dinamo"sunda ayrılıq reallaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı Ukrayna klubunun mətbuat xidməti yayıb.
Paytaxt təmsilçisinin yarımmüdafiəçisi Anxel Torres karyerasını Braziliyanın "Operario Ferroviario" klubunda davam etdirəcək. Tərəflər kolumbiyalı cinah oyunçusunun icarəyə verilməsi ilə bağlı razılığa gəliblər. Müqavilənin müddəti 30 iyun 2027-ci ilə qədər qüvvədə olacaq.
Xatırladaq ki, Anxel Torres "Dinamo"da debütünü 2025/2026 mövsümünün 3-cü turunda "Episentr"ə qarşı oyunda (4:1) edib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyənin "Eyupspor" klubunda keçirib. Kolumbiyalı futbolçu "Qarabağ"la ilk oyunda heyətdə yer almayıb.
Mirağa