Qarabağ ın rəqibində məşqçi dəyişikliyi ola bilər

17.11.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Napoli"nin baş məşqçisi Antonio Kontenin klubdakı gələcəyi sual altındadır.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, klub prezidenti Konteni Tiaqu Motta ilə əvəzləmək fikrinə düşüb.

Klub prezidenti baş məşqçiyə açıq şəkildə bildirib ki, əgər ayrılıq olacaqsa, istefa qərarını o özü verməlidir.

Xatırladaq ki, Konte bir həftəlik istirahətə yollanmışdı. Onun olmadığı dönəmlərdə komandanı onun köməkçisi Kristian Stellini məşq etdirirdi.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Qarabağ" klubu "Napoli" səfərinə yollanacaq. Qarşılaşma noyabrın 26-da, Bakı vaxtı ilə saat 00:00-da İtaliyada start götürəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью