Qarabağ ın rəqibinin baş məşqçisi ağır məğlubiyyətdən sonra belə danışdı

23.11.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyer Liqasının (İPL) 12-ci turunda öz meydanında "Nottingem Forest"ə 0:3 hesabı ilə uduzan "Liverpul"un baş məşqçisi Arne Slot darmadağını şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Əlbəttə, belə səviyyəli futbolçulara malik komandanın vəziyyətdən çıxış yolu var. Nəticədən, heyət seçimindən, etdiyin əvəzləmələrdən asılı olmayaraq, həmişə geriyə boylanır və düşünürsən: "Nəyi daha yaxşı edə bilərik? Nəyi dəyişmək olar?"

Hazırda 18 xalı olan "Liverpul" İPL-in turnir cədvəlində 11-ci pillədə mövqe tutub.

Xatırladaq ki, Mersisayd təmsilçisi "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью