Qarabağ ın rəqibinin yarımmüdafiəçisi millidə zədələndi

12.11.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Napoli"nin futbolçusu Frak Anqissa zədələnib.

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Kamerun milli komandasının düşərgəsində sıradan çıxıb. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Anqissa yığmanın məşqi zamanı ayaq əzələsindən zədə alıb. Onun sabah DÇ-2026-nın pley-off mərhələsinin Konqo ilə matçında iştirak etməyəcəyi dəqiqdir. Futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu və yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinədən sonra məlum olacaq.

Frank Anqissa bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun noyabrın 26-da İtaliyada keçiriləccək.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью