Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovunun yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını ölkəsində - Cənubi Afrika Respublikasında davam etdirəcək.
O, bu ölkənin 1-ci liqasında mübarizə aparan "Marmo Qallants" klubuna keçib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqust ayından 2018-ci ilin yanvarınadək "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində 54 rəsmi matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.