Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyanın "Seltik" klubunda ilk qolunu vurub.
BAKU.WS xəbər verir ki, "Sportinq"lə keçirilən yoldaşlıq oyununda meydana çıxan kolumbiyalı futbolçu komandasının yeganə qolunun müəllifi olub.
Görüş Lissabon təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yay transfer dövründə "Seltik"ə qoşulan Qarabağın sabiq hücumçusu yeni komandasında ilk dəfə fərqlənməyi bacarıb.