Qarabağ ın sabiq rəqibi rumın mütəxəssisə müqavilə təklif edib

11.09.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Kiyev "Dinamo"su Edvard İordaneskunun xidmətində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "SportoweFakty" portalı məlumat yayıb. 

Mənbənin sözlərinə görə, İqor Kostyukun Kiyev klubundakı gələcəyi qeyri-müəyyəndir. Buna görə də "Dinamo" rəhbərliyi məşqçi dəyişikliyini nəzərdən keçirir və İordaneskuya üçillik müqavilə təklif edib.

Rumıniyalı mütəxəssisin son çalışdırdığı komanda Polşa təmsilçisi "Legiya" olub. O, bu varşava klubundan ötən ilin oktyabrından ayrılıb. 

Qeyd edək ki ,Edvard İordanesku 2022-2024-cü illər ərzində  Rumıniya millini çalışdırıb. Komanda onun rəhbərliyi altında Avro-2024-ə vəsiqə qazanıb, turnirin pley-off mərhələsinə yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью