Qarabağ ın Şelburn la oyunlarının vaxtı açıqlandı

17.07.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi matçların vaxtı açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. 

İlk görüş iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Şelburn" ötən gecə ÇL-in 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Linfild"lə heç-heçə edib (1:1, ilk görüş - 1:0) və 2 oyunun cəmində mərhələ adlayaraq "Qarabağ"a rəqib olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью