Qarabağ ın Şelburn u keçə, kiminlə qarşılaşacaq? Püşk atıldı

21.07.2025

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, səpələnmişlər səbətində yer alan "Şelburn” (İrlandiya) - "Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində "Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütündə üstün olan komanda ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin görüşləri avqustun 5-6-da və 12-də baş tutacaq. Qurban Qurbanovun komandası bu raunda vəsiqə qazanarsa, ilk oyunu səfərdə keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью