Qarabağ ın Şkendiya ilə oyunlarının vaxtı bilindi

31.07.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" (Makedoniya) ilə oyunlarının vaxtı bəlli olub.

QOL.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin ilk matçı avqustun 5-də səfərdə olacaq.

"Qarabağ" avqustun 4-də Makedoniyaya yollanacaq.  Komandalar arasında cavab matçı isə avqustun 12-də Bakıda olacaq. Hələlik oyunların saatı müəyyənləşməyiib.

Xatırladaq ki, "Qarabağ" 2-ci mərhələdə "Şelbur"nu (İrlandiya), "Şkendiya" isə FCSB-ni (Rumıniya) mübarizədən kənarlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью