Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qarabağ"ın U-12 komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.
Ölkə.Az xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, Ağdam təmsilçisi "Kızıljar" (Qazaxıstan) komandasını 2:0 hesabı ilə məğlub edib.
"Qarabağ"ın baş məşqçisi Şöhrət Yusifov "Report"a açıqlamasında belə oyunların gənc futbolçuların beynəlxalq təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Oyunun nəticəsi o qədər də əhəmiyyətli deyil.
Bu yaşda uşaqların texniki-taktiki inkişafı daha vacibdir". Onun sözlərinə görə, turnirdən gözləntilər uşaqların inkişafı ilə bağlıdır.
Çünki hər bir oyun onlar üçün təcrübədir: "Uşaqlar yaxşı oyun nümayiş etdirə bilsələr, düşünürəm ki, ən azı turnirin mükafatçıları olacaqlar".
Qeyd edək ki, Azərbaycan komandası beynəlxalq yarışda ümumilikdə 6 oyun keçirəcək.
Qazaxıstan, Azərbaycan, Rusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Tacikistan təmsilçilərinin yer aldığı turnirə dekabrın 8-də yekun vurulacaq.