Qarabağ ın U 14 komandası Aston Villa və Hamburq la eyni turnirdə

03.04.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” "SV EPE U14 Youth Easter Cup" turnirində qüvvəsini sınayacaq.

Yarış aprelin 18-20-də Niderlandda keçiriləcək. Ağdam təmsilçisinin rəqibləri “Utrext”, “Qo Ehed İqls”, “Feyenoord”, “Alkmaar”, “Epe” (hamısı Niderland), “Nordsyalland” (Danimarka), “Aston Villa” (İngiltərə), “Genk” (Belçika), “Volfsburq”, “Hamburq” (hər ikisi Almaniya) klubları və Lüksemburq milli komandası olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью