Qarabağ ın U 17 komandası “Gothia Puma Trophy”də çıxışını başa vurub

18.07.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası İsveçdə təşkil olunan “Gothia Puma Trophy”də çıxışını başa vurub. SİA xəbər verir ki, Ağdam təmsilçisi B qrupunun pley-off mərhələsinin 1/4 finalında “Brommapoyrkarna”ya (İsveç) məğlub olub.

Meydan sahibləri bu görüşdə 4:0 hesablı qələbə qazanıb. Beləliklə, "Qarabağ" turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi ardınca “Sportinq Laqos”la heç-heçə edib (0:0), yerli “Göteborq”la dueldən xalsız ayrılıb – 0:2.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью