Qarabağ ın UEFA Avropa Liqasındakı potensial rəqiblərinin adına aydınlıq gəlib

21.07.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. SİA xəbər verir ki, püşkatmada "Qarabağ"ın potensial rəqibləri də müəyyənləşib.

Ağdam klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya təmsilçisı “Şelburn”a uduzacağı təqdirdə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью