Qarabağ ın UEFA Çempionlar Liqasında mübarizəsi başa çatdı VİDEO

25.02.2026

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 3:2 hesabı ilə uduzub.
Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.
İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.
01:16
"Qarabağ" top fərqini yenidən minimuma endirib.
AzVision.az xəbər verir ki, "Qarabağ"ın heyətində oyunun 57-ci dəqiqəsində Elvin Cəfərquliyev top fərqini azaldıb - 3:2.

01:10
Ev sahibi komanda oyunda yenidən hesabı artırıb.
AzVision.az xəbər verir ki, "Nyukasl"ın heyətində oyunun 52-ci dəqiqəsində Botman fərqlənib - 3:1.

01:08
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Nyukasl"a qarşı oynayır.
AzVision.az xəbər verir ki, "Qarabağ"ın heyətində oyunun 51-ci dəqiqəsində Kamilo Duran top fərqini azaldıb - 2:1.

00:07
Ev sahibi komanda oyunda hesabı artırıb.
AzVision.az xəbər verir ki, "Nyukasl"ın heyətində oyunun 6-cı dəqiqəsində Joelinton fərqlənib - 2:0.

00:05
Oyunda hesab açılıb.
AzVision.az xəbər verir ki, "Nyukasl"ın heyətində oyunun 5-ci dəqiqəsində Sandro Tonali hesabı açıb - 1:0.

00:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" bu gecə növbəti oyununa çıxır.
AzVision.az xəbər verir ki, təmsilçimiz İngiltərənin "Nyukasl Yunayted" klubu ilə üz-üzə gəlir.
"Sent Ceyms Park" stadionunda keçirilən matç başlayıb.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью