Qarabağ ın ulduzu komandadan gedir: Razılaşma əldə olunub

11.04.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

"Qarabağ"da daha bir ayrılıq gündəmdədir.

"L Equipe"in xəbərinə görə, komandanın kapitanı Abdullah Zubir mövsümün sonunda "Qarabağ"da ayrılacaq.

Fransalı vinger bundan sonrakı karyerasını Qətərdə davam etdirəcək.

Artıq "Əl-Şahaniyə" klubu Zubir ilə hər mövzuda razılığa gəlib. Klubun bu transferlə bağlı "Qarabağ"la təmasa keçib-keçmədiyi bilinmir. 

"Əl-Şahaniyə" 12 komandanın iştirak etdiyi Qətər yüksək liqasında hazırda 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Abdullah Zubiri 2018-ci ilin yayında "Lans"dan transfer edib.

34 yaşlı futbolçu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 355 rəsmi matçda 77 qol və 94 məhsuldar ötürmə ilə yadda qalıb.

Azər Bağırov: “Uduzmağı bacarmaq lazımdır” “Karvan-Yevlax”dan darmadağın - YENİLƏNİB Yevlaxda heyətlər bəlli oldu UEFA C kursu keçirilib "Kəpəz"in futbolçusu əməliyyat olunub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью