Qarabağ ın və millinin üzvü Avropa klubuna keçir

27.03.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə karyerasını ölkə xaricində davam etdirəcək.

Oxu.Az Football.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Norveçin "Molde" klubuna keçəcək.

O, transfer məsələsini həll etmək üçün artıq Norveçə yollanıb. Baş tutacaq keçidin detalları hələlik açıqlanmasa da, "Molde"nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, N.Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "köhlən atlar"la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью