Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasında adından söz etdirən "Qarabağ"ın ukraynalı vingeri Aleksey Kaşuk müxtəlif ölkələrdən olan klubların diqqət mərkəzindədir.
Fanat.Az xəbər verir ki, "legioners.ua" portalı Ağdam komandasının legioneri ilə MLS liqası, Səudiyyə Ərəbistanı, Polşa və İsrail klublarının maraqlandığını açıqlayıb.
Məlumata görə, önəmli matçlarda start "11-lik"də yer almayan Kaşukun MLS klublarından birinə satılmaq ehtimalı daha yüksəkdir. Mənbə okeanın o tayında çıxış edən bir yox, bir neçə klubun Alekseyi rənglərinə bağlamaq variantını nəzərdən keçirdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm "Qarabağ" forması ilə 25 matça çıxan Kaşuk 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "köhlənlər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat